logo
logo logo
logo

Dəniz və hovuz mövsümündə qulaq infeksiyalarına DİQQƏT

23:24 - 29 İyul 2026

Dəniz və hovuz mövsümündə qulaq infeksiyalarına DİQQƏT

Yay aylarında dəniz və hovuzlardan istifadənin artması qulaq infeksiyalarının da çoxalmasına səbəb olur.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, KBB mütəxəssisi Op. Dr. Davut Təpə bildirib ki, qulaqda uzun müddət suyun qalması bakteriya və göbələklərin yaranması üçün əlverişli şərait yaradır.

Onun sözlərinə görə, qulaqda qaşınma, dolğunluq hissi, ağrı, axıntı və eşitmə zəifləməsi infeksiyanın əlamətləri ola bilər. Uşaqlar, diabet xəstələri, immun sistemi zəif olanlar və tez-tez üzən şəxslər risk qrupuna daxildir.

Mütəxəssis dəniz və ya hovuzdan sonra başı yana əyərək qulaqdakı suyun axıdılmasını, qulağın yalnız xarici hissəsinin yumşaq dəsmalla qurudulmasını tövsiyə edib. Şiddətli ağrı, axıntı, qızdırma və ya eşitmə itkisi yaranarsa, dərhal həkimə müraciət olunmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az