logo
logo logo
logo

Azərbaycanda dəhşətli qəzada futbolçular öldü - FOTO

13:15 - 30 İyul 2026

Azərbaycanda dəhşətli qəzada futbolçular öldü - FOTO

Ötən gün Lökbatan-Qobu yolunda Hüseynov Rauf Ədalət oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Ağaverdiyev Mais Ağahüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və onun avtomobilində olmuş sərnişin Sultanov Bəhruz İlham oğlu aldıqları xəsarətlərdən həlak olublar. Yük avtomobilin sürücüsü M.Ağaverdiyevin isə xəsarət alıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələrə məşqlər keçirmişlər. Onlar həm də Qobuda birlikdə avtoyuma məntəqəsi işlədiblər.

Qeyd edək ki, hadisə vaxtı Raufun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və onun avtomobilindəki sərnişin B.Sultanov dünyasını dəyişib, digər sürücü xəsarət alıb.

Fotoda Rauf Hüseynov

Fotoda Bəhruz Sultanov


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az