logo
logo logo
logo

“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - VİDEO

12:16 - 11 Avqust 2026

“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - VİDEO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış  binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi “Kristal AA” MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub.


Manset.az Xəzər tv-yə istinadən xəbər verir ki, bu şikayətlə bir qrup sakin müraciət edib.

Onların iddiasına görə, “Kristal AA” MTK-ya məxsus binada antisanitar vəziyyət yaranıb, səs-küydən gecələr mənzillərində rahat yaşaya bilmirlər. MTK isə onların bu vəziyyətinə biganə yanaşır. Rəhbərliyə dəfələrlə müraciət etsələr də, onların narazılığına məhəl qoyulmayıb.

Sakinlərin iddialarına aydınlıq gətirmək məqsədilə “Kristal AA” MTK rəhbərliyi ilə əlaqə saxlanılsa da, sualı dinləyərək dəstəyi asıblar. Daha sonra eyniadlı hotelə müraciət olunsa da, onlar da kameranın obyektivindən yayınıblar.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, qeyd olunan ərazidə hotel əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradılması ilə bağlı vətəndaşların polisə müraciəti əsasında araşdırma aparılıb və inzibati qaydada protokol tərtib olunub. Eyni halın təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirləri görüləcək.

Daha ətraflı süjetdə:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az