logo
logo logo
logo

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... 

14:11 - 11 Avqust 2026

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... 

Ötən gün Balakəndə baş vermiş zəncirvari qəzada daha bir ailə üzvü həyatını itirib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu bu gün dünyasını dəyişib.

Bununla da “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində vəfat edənlərin sayı 4 nəfərə çatıb.

Dünən isə Y. Mütəllibovun “Toyota”da olan ailə üzvləri - həyat yoldaşı 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızı və oğlu 1999-cu il təvəllüdlü Rəşad Mütəllibov, “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı hadisə yerində vəfat etmişdilər.

Qəzada xəsarət alan digər şəxsin - 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlunun müalicəsi isə davam etdirilir.

Bildirilir ki, ailə toy hazırlığı üçün yola çıxıbmış. Belə ki, vəfat edən gəncin avqustun 28-i toyu olacaqmış


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az