Dövlət sərhədini pozmağa cəhd göstərən iki Əlcəzair vətəndaşı saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı saxlanılıb.
Saxlanılan şəxslərin 1994-cü il təvəllüdlü Maxluf Huari və 1996-cı il təvəllüdlü Brahim Huari olduğu bildirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.