logo
logo logo
logo

Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA

13:50 - 15 Avqust 2026

Emin Ağalarovdan \"Sea Breeze\"dəki hadisə ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Sea Breeze” ərazisində yerləşən istirahət mərkəzində dünən faciəvi hadisə baş verib. Nəticədə bir uşaq həyatını itirib.


Manset.az xəbər verir ki, “Sea Breeze”in rəhbəri, Xalq artisti Emin Ağalarov hadisə ilə bağlı açıqlama yayıb. O, ailəyə başsağlığı verərək hadisənin bütün hallarının araşdırıldığını bildirib:

"Şəxsən öz adımdan və bütün "Sea Breeze" komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir anda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz tapmaq mümkün deyil.

Hazırda baş verən hadisənin bütün hallarını, o cümlədən uşağın texniki zonaya necə düşdüyünün səbəblərini müəyyənləşdirən araşdırma aparılır. Həmin zonada hasarların arxasında su nasosları işləyir. Biz araşdırmaya hərtərəfli şəkildə dəstək veririk".

E.Ağalarov onu da qeyd edib ki, kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq yoxlanılır:

"Uşaqların və böyüklərin təhlükəsizliyi "Sea Breeze" üçün hər zaman əsas prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN tərəfindən və müvafiq xidmətlər tərəfindən yoxlanılır.

Akvapark mövsüm ərzində fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib. Baş vermiş hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

"Sea Breeze" komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik."


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az