logo
logo logo
logo

Təbiətə 80 min manatdan çox ziyan vurdular

21:16 - 21 Avqust 2026

Təbiətə 80 min manatdan çox ziyan vurdular

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Quba rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.


Manset.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ülvi Rəcəb küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi, Binəqədi rayonu 7-ci mikrorayon İlham Hacıyev küçəsi, Gəncə şəhəri Nağı bəy Şeyxzamanlı küçəsi, Quba şəhəri və Quba rayonunun Qəçrəş kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 81 820 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib”, - deyə məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az