logo
logo logo
logo

Şükufə Yusupovanın xəsarət aldığı qəzanın TƏFƏRRÜATI

15:23 - 22 Avqust 2026

Şükufə Yusupovanın xəsarət aldığı qəzanın TƏFƏRRÜATI

Bakıda Xalq artisti Şükufə Yusupovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən saat 18:00 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Həsən Seyidbəyli küçəsində Həsən Hüseynlinin idarə etdiyi “77-UD-238” dövlət qeydiyyat nişanlı “Nissan Note” markalı avtomobil yolu keçən aktrisanı vurub. Hadisə nəticəsində sənətçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Məlumat üçün qeyd edək ki, aparılan tibbi müayinələrin nəticələrinə görə, həkimlər tərəfindən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozu qoyulub. Hazırda vəziyyəti ağır qiymətləndirilən Xalq artistinin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az