logo
logo logo
logo

Azərbaycanın tanınmış rejissoru VƏFAT ETDİ - FOTO

08:45 - 08 Sentyabr 2026

Azərbaycanın tanınmış rejissoru VƏFAT ETDİ - FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, ssenarist Yefim Abramov vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda doğulub. 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb, İ.Talankin və Georgi Daneliyanın kursunu bitirib. 1980-1990-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor kimi fəaliyyət göstərib.

Müxtəlif janrlı bədii filmlər ("Qorxma, mən səninləyəm" (1981)- rejissor, "Əzablı yollar" (1982) ikinci rejissor, "Qocalar, qocalar" (1982) - rejissor (Elxan Qasımovla birgə), "Araqarışdıran" (1987) - rejissor, ssenari müəllifi, "Lətifə" (1989) - rejissor (Nizami Musayevlə birgə) çəkib. Bundan başqa, rejissor xarici film istehsalçılarının "Verona səması altında" (2004, rejissorlar Vladimir Krasnopolski, Valeri Uskov / Rusiya, İsrail) serialının ssenari müəllifi olub.

Azərbaycanın tanınmış rejissoru VƏFAT ETDİ

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az