logo
logo logo
logo

Xəzər və Qara dəniz limanları əməkdaşlığı genişləndirir 

13:43 - 10 Sentyabr 2026

Xəzər və Qara dəniz limanları əməkdaşlığı genişləndirir 

ADY-nin Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA (“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə”) Liman Rəhbərləri Konfransı çərçivəsində Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbər heyətlərinin iştirakı ilə görüş keçirilib.

 

Manset.az xəbər verir ki, börüşün məqsədi Xəzər və Qara dəniz hövzələrini daha səmərəli, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat-logistika məkanına çevirmək istiqamətində əməkdaşlığın gücləndirilməsi olub.

Müzakirələr zamanı Orta Dəhlizin artan strateji əhəmiyyəti, region limanları arasında koordinasiyanın gücləndirilməsi, yük axınlarının daha sürətli və proqnozlaşdırılan şəkildə təşkili, eləcə də birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib. 

Qeyd olunub ki, 2026-cı ilin ilk 8 ayının ilkin göstəricilərinə əsasən, Bakı Limanı ilə Türkmənistan limanları arasında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 34,6%, Qazaxıstan limanları ilə isə 6% artıb.

Görüş çərçivəsində limanların üzləşdiyi çağırışların birgə müzakirəsi və regional əməkdaşlığın daha institusional və dayanıqlı əsasda inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az