logo
logo logo
logo

Həbs edilən icra başçısının satılan avtomobilini öz oğlu aldı

14:01 - 10 Sentyabr 2026

Həbs edilən icra başçısının satılan avtomobilini öz oğlu aldı

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı n cinayət işi üzrə müsadirə edilmiş avtomobilləri bir müddət əvvəl hərracda satılıb.


Manset.az xəbər verir ki, Xitab24.az həmin avtomobillərin kim tərəfindən aldığını müəyyənləşdirib.

Bəlli olub ki, “Range Rover” və “BMW 740İ” markalı avtomobilləri alan şəxs elə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevdir. O, iki avtomobil üçün 53500 manat ödəyib.

Qeyd edək ki, daha əvvəl 90-KH-900 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili Məhəmməd Hacıyevin özü, digər maşını isə anası Cülyetta İbrahimova idarə edib.

Xatırladaq ki, Məhəmməd Hacıyev vaxtilə Qubadlı Rayon Prokurorluğunun müstəntiqi olub. O, atasının həbsindən sonra işdən çıxarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az