“Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb”.
Manset.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
“Məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün birinci istiqamət mövcud dövlət bağçalarının imkanlarından daha səmərəli istifadə etməkdir. Tələbat olan ərazilərdə yeni qrupların yaradılması, təmir və təchizat hesabına dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb”, - o qeyd edib.