logo
logo logo
logo

Qırmızı Ürəklər Fondunun “Onu Oxut” aksiyası yekunlaşdı 

12:18 - 11 Sentyabr 2026

Qırmızı Ürəklər Fondunun “Onu Oxut” aksiyası yekunlaşdı 

Qırmızı Ürəklər Fondunun aztəminatlı ailələrdən olan ibtidai sinif şagirdlərinə dəstək məqsədilə həyata keçirdiyi “Onu Oxut” aksiyası yekunlaşıb. 17-31 avqust 2026-cı il tarixində keçirilən aksiya çərçivəsində 700 nəfər tərəfindən ümumilikdə 9 523,90 AZN ianə edilib. Toplanan vəsait hesabına Bilik Günü öncəsi şagirdlərə məktəb çantası və yeni dərs ili üçün zəruri məktəb ləvazimatları təqdim olunub.

Aksiya 5 sentyabr – Beynəlxalq Xeyriyyəçilik Günü münasibətilə təşkil edilib. Şagirdlərin müəyyənləşdirilməsi yerli icra orqanlarının dəstəyi ilə həyata keçirilib.

“Onu Oxut” çərçivəsində Bir ekosisteminin əməkdaşları arasında da xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada əməkdaşların hazırladığı müxtəlif şirniyyat və əl işləri təqdim edilib. 167 əməkdaşın iştirak etdiyi yarmarkadan əldə olunan vəsait aksiyaya ianə edilib.

Beləliklə, Fondun könüllülərinin fəal iştirakı və dəstəyi ilə məktəb çantaları və zəruri ləvazimatlar şagirdlərə çatdırılıb, ümumilikdə 150 şagirdin yeni dərs ilinə hazırlaşmasına töhfə verilib.

“Onu Oxut” Qırmızı Ürəklər Fondunun təhsilə dəstək istiqamətində həyata keçirdiyi sosial təşəbbüslərdən biridir. Fond daha əvvəl də sosial həssas qruplardan olan gənclərin təhsilinə dəstək göstərib. Bu dəfə isə dəstəyin ibtidai sinif şagirdlərinə yönəldilməsi ilə onların məktəbə hazırlığına töhfə verilib. Qırmızı Ürəklər Fondu təhsilə dəstək istiqamətində sosial təşəbbüslərini davam etdirəcək.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az