logo
logo logo
logo

"Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir" - Hikmət Hacıyev

12:25 - 11 Sentyabr 2026

\"Qarabağın şəhərləri beynəlxalq əməkdaşlığı inkişaf etdirməlidir\" - Hikmət Hacıyev

Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Qarabağ bölgəsinin və digər ölkələrin şəhərləri arasında beynəlxalq əməkdaşlığın inkişafını vacib adlandırıb.


Manset.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciətində bildirib.

Onun sözlərinə görə, Qarabağın şəhərləri ilə xarici şəhərlər arasında beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq böyük əhəmiyyət kəsb edir: "Mən şəhərləri və yaşayış məntəqələri Qarabağ şəhərləri ilə qardaşlıq münasibətləri quran bütün tərəfdaşlarımıza və dost ölkələrə minnətdaram".

H.Hacıyev, şəhərlər arasında birbaşa əlaqələrin inkişaf etdirilməsinin, təcrübə və bilik mübadiləsinin vacibliyini vurğulayıb.

O, həmçinin bildirib ki, bu yaxınlarda Rumıniyaya səfər təşkil olunub və orada Rumıniya şəhərləri ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün ilk əlaqələr qurulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az