Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) konfransı keçirilir.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu dəqiqələrdə yekdilliklə Xalq artisti, professor Şəfiqə Məmmədova İttifaqın sədri seçilib. Bundan əlavə, İttifaqın idarə heyətinə və Təftiş komissiyasına yeni üzvlər, eləcə də sədr seçilib.
Seçki konfransının yekununda Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

Hazırda konfrans davam edir.