Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Manset.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, çimərliklərdə cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.