logo
logo logo
logo

Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı müraciət etdi 

10:31 - 14 Sentyabr 2026

Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı müraciət etdi 

Elan saytlarından birində kirayə mənzilin müəyyən bir qrup şəxslərə verilməyəcəyini bildirən ayrı-seçkilik xarakterli ifadələrin yer aldığı elan Ombudsman tərəfindən aparılan monitorinq zamanı müəyyən edilib.


Manset.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlayıb.

Ombudsman hesab edir ki, internet platformalarında elanların yerləşdirilməsi zamanı tətbiq olunan qaydalar insan hüquqları, bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinə uyğun olmalıdır.

Müraciətdə elanların məzmununa nəzarətin gücləndirilməsi, ayrı-seçkilik xarakterli ifadələrin vaxtında müəyyən edilərək yayımının qarşısının alınması və istifadəçilər üçün əlçatan şikayət mexanizmlərinin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, hüquq pozuntusu, ayrı-seçkilik və digər zərərli məzmunun avtomatik müəyyən edilməsi üçün süni intellekt imkanlarından istifadə olunması, müvafiq filtr və xəbərdarlıq mexanizmlərinin tətbiqi, zəruri hallarda belə məzmunun yayımının qarşısının alınması imkanlarının nəzərdən keçirilməsi təklif edilib.

Ombudsman internet məkanında ayrı-seçkiliyi təşviq edən halların qarşısının alınmasını, cəmiyyətdə hüquq mədəniyyətinin gücləndirilməsini və bu sahədə effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasını vacib hesab edir.

Ombudsman ictimaiyyəti də internet platformalarında ayrı-seçkiliyə yol verən və insan ləyaqətinə xələl gətirən belə elanların yerləşdirilməsindən çəkinməyə, hüquq və bərabərlik prinsiplərinə hörmətlə yanaşmağa çağırır.

Bu məqsədlə Nazirlikdən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi və görülmüş işlər barədə məlumat verilməsi xahiş olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az