logo
logo logo
logo

Güclü küləkdə kranlarla işləməyə icazə veriləcək

11:09 - 14 Sentyabr 2026

Güclü küləkdə kranlarla işləməyə icazə veriləcək

Azərbaycanda küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi qaydası dəyişdirilir.


Manset.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Hazırda küləyin gücü 6 bal və daha çox olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılır.

Yeni layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda kranlarla işləməyə müəyyən şərtlərlə icazə veriləcək. Bunun üçün həmin hava şəraitində işləmək imkanının kranın texniki pasportunda nəzərdə tutulması tələb olunacaq.

Küləyin gücü 8 balı keçdikdə isə quruda istismar edilən kranlarla bütün növ işlər hər bir halda dayandırılacaq.

Beləliklə, dəyişiklik qəbul olunarsa, 6–8 ballıq külək zamanı bütün kranların fəaliyyətinin avtomatik dayandırılması tələbi aradan qalxacaq. İşin davam etdirilib-etdirilməməsi kranın texniki göstəricilərinə əsasən müəyyənləşdiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az