logo
logo logo
logo

Rüşvətə görə həbs edilən keçmiş mer müharibədə öldürüldü 

13:30 - 22 Sentyabr 2026

Rüşvətə görə həbs edilən keçmiş mer müharibədə öldürüldü 

Rusiyanın Belqorod şəhərinin keçmiş meri və Belqorod vilayətinin sabiq vitse-qubernatoru Konstantin Polejayev Ukraynadakı müharibədə həlak olub.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Fonar” nəşri məlumat yayıb.

Bildirilib ki, 53 yaşlı sabiq məmur pilotsuz uçuş aparatının hücumu nəticəsində ölüb.

Konstantin Polejayev 2015–2019-cu illərdə Belqorod şəhərinin meri vəzifəsində çalışıb. Daha sonra vilayət qubernatorunun müavini təyin olunub. O, bu vəzifədə olarkən Şebekino və Novaya Tavoljanka yaşayış məntəqələrinin bərpasına da cavabdehlik daşıyıb.

Polejayev 2023-cü ildə vəzifəsindən azad edilib, bir müddət sonra isə rüşvət işi üzrə saxlanılıb. O, 2024-cü ildə məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.

Bundan sonra keçmiş məmur Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynadakı döyüşlərə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az