Yaşayış evindən 75 500 manat məbləğində pul oğurlayan şəxslər saxlanılıblar.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 min manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.