logo
logo logo
logo

12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq

09:55 - 27 Sentyabr 2026

12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılır.


Manset.az xəbər verir ki, sentyabrın 27-də səhər saatlarından ölkənin şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə anım mərasimləri keçirilir. Vətəndaşlar Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edirlər.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü kimi təsis edilib. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin, eləcə də bütün şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsidir.

Küçə, prospekt və meydanlarda, evlərin eyvanlarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Şəhidlərin xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən də yad edilir.

Qeyd edək ki, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az