logo
logo logo
logo

Prokurorluq Kürdəmirdəki zəhərlənmə ilə bağlı araşdırma aparır 

11:47 - 01 Oktyabr 2026

Prokurorluq Kürdəmirdəki zəhərlənmə ilə bağlı araşdırma aparır 

Kürdəmirdəki kütləvi zəhərlənmə ilə əlaqədar rayon prokurorluq araşdırma başladıb.


Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

"Sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb",-deyə Prokurorluqdan qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az