logo
logo logo
logo

Bakıdakı davanın iştirakçılarından biri deputat oğludur - FOTO/VİDEO

12:12 - 24 Oktyabr 2026

Bakıdakı davanın iştirakçılarından biri deputat  oğludur - FOTO/VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.

A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.

Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Fotoda deputat Arzuxan Əlizadə


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az