Bir neçə gün öncə Gəncənin Gülüstan qəsəbəsində baş vermiş qəzada xəsarət alan şəxs 7 gün sonra vəfat edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mərhumun nəşi artıq ailəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə oktyabrın 16-sı baş verib. Ə.Hüseynov qəzaya düşən “Niva” markalı avtomobildə olub.
Faktla bağlı araşdırma başlanılıb.