logo
logo logo
logo

Sabiq icra başçısı Rusiyada vəfat etdi 

17:11 - 26 Oktyabr 2026

Sabiq icra başçısı Rusiyada vəfat etdi 

Masallı Rayon İcra Hakimiyyətinin iki dəfə icra başçısı olmuş Teymur Yəhyayev vəfat edib. 


Manset.az xəbər verir ki, Teymur Yəhyayev açıq ürək əməliyyatı keçirib, lakin əməliyyatdan sonra komadan ayılmayıb. Mərhumun nəşinin sabah doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətiriləcəyi bildirilir.

Teymur Heydər oğlu Yəhyayev 1 yanvar 1955-ci ildə Masallı rayonunun Ərkivan kəndində, Abaslı məhəlləsində hərbçi, polkovnik-leytenant Heydər Yəhyayevin ailəsində dünyaya gəlib.

O, Moskva şəhərində Beynəlxalq Münasibətlər İnstitutunun Jurnalistika fakültəsində ali təhsil alıb. Tələbəlik illərində həmin ali məktəbdə təhsil alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə dostluq münasibətləri qurub.

Peşəkar fəaliyyətinə jurnalist kimi başlayan Teymur Yəhyayev “İTAR-TASS” Analitik-İnformasiya Agentliyində müxbir vəzifəsindən direktor vəzifəsinədək yüksəlib. O, jurnalistika sahəsində qazandığı təcrübə ilə yanaşı, siyasi və ictimai fəaliyyəti ilə də tanınıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 4 noyabr 1991-ci ildə Teymur Yəhyayev Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Bir müddət sonra tutduğu vəzifədən azad edilib.

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra, 8 noyabr 1993-cü ildə Teymur Yəhyayev ikinci dəfə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 30 iyul 2000-ci ilədək bu vəzifədə çalışıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən ayrıldıqdan sonra o, Rusiya Federasiyasında biznes sahəsində çalışıb.

Qeyd edək ki, Teymur Yəhyayev yaşadığı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az