logo
logo logo
logo

Bakının bu ərazilərində ucuz mənzillər satılır - VİDEO 

10:00 - 27 Oktyabr 2026

Bakının bu ərazilərində ucuz mənzillər satılır - VİDEO 

Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb...


Manset.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunun bəzi kənar ərazilərində rast gəlmək mümkündür:

Vüqar Orucun sözlərinə görə, bu ərazilərdə qiymətlərin aşağı olmasının əsas səbəblərindən biri kirayə bazarının da zəif olmasıdır. Kirayə gəlirlərinin aşağı olması həmin ərazilərin investisiya baxımından cəlbediciliyini azaldır.

Ekspertlər hesab edir ki, hazırda nisbətən aşağı qiymətlərlə mənzillərin təklif olunduğu, lakin gələcəkdə dəyər qazanmaq potensialına malik ərazilər də var.

Onun sözlərinə görə, xüsusilə yeni layihələrin reallaşdırıldığı, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırıldığı və əhalinin məskunlaşmasının artdığı ərazilərdə daşınmaz əmlakın qiymətində gələcəkdə yüksəliş müşahidə oluna bilər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az