logo
logo logo
logo

Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye 

13:25 - 27 Oktyabr 2026

Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye 

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Sahib Rzayev Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.


Manset.az xəbər verir ki, yeni rəhbər bu təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi işləyib.

S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb.

S.Rzayev 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin iyulunda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az