logo
logo logo
logo

Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı 

17:35 - 27 Oktyabr 2026

Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.


Bu barədə Manset.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu da müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.

Beləliklə, ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.

Bundan əvvəl oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları ödənilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az