logo
logo logo
logo

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatdı - FOTO

19:00 - 29 Oktyabr 2026

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatdı - FOTO

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb.


Manset.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq, yaralıların təxliyəsi, humanitar yüklərin və şəxsi heyətin daşınması, eləcə də aşağı hündürlükdə uçuşlar icra edilib. Bununla yanaşı, aviasiya vasitələrində yarana biləcək müxtəlif nasazlıqların aradan qaldırılması zamanı heyətlərin fəaliyyəti yoxlanılıb.

    NATO qiymətləndiricilər qrupu tərəfindən bəyan edilmiş helikopter cütlüyü və onun ekipaj heyətinin, o cümlədən aidiyyəti bölmələrin imkan və qabiliyyətləri yüksək qiymətləndirilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az