2 000 kvadratmetrdən çox ərazini əhatə edən yeni mərkəz geniş məhsul çeşidini, fərdi rəng hazırlanması xidmətini və sərfəli alış-veriş imkanlarını bir araya gətirir.
28 oktyabr tarixində Abşeron Ticarət Mərkəzində ölkənin ən
böyük mərkəzləşdirilmiş boya mərkəzinin təqdimatı baş tutub. 2 000 kvadratmetrdən
çox ərazini əhatə edən yeni mərkəz fərdi müştərilərdən peşəkar ustalara,
dizaynerlərdən tikinti və təmir şirkətlərinə qədər geniş auditoriyanın
ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.
Manset.az xəbər verir ki, mərkəzdə yerli və beynəlxalq Panda, Penguin, Bytech,
Katsan, Sobsan və Jotun brendlərinin dekorativ, inşaat, sənaye və mebel
boyaları, rəngləmə üçün zəruri materiallar, eləcə də divar kağızları təqdim
olunur. Müştərilər istədikləri rəng çalarını seçərək boyanı yerindəcə hazırlada
və təmir üçün lazım olan məhsulları vahid məkandan əldə edə bilərlər.
Abşeron Ticarət Mərkəzinin Kommersiya direktorluğunun
Korporativ Satış müdiri Mahir Quliyev bildirib ki, boya mərkəzinin
yaradılmasında əsas məqsəd müştərilərə daha geniş seçim imkanları təqdim etmək
və təmir prosesini asanlaşdırmaqdır.
“Bizim məqsədimiz yalnız məhsul çeşidini genişləndirmək
deyil, həm də müştərilərin təmir üçün lazım olan məhsulları bir məkandan
rahatlıqla əldə etməsini təmin etməkdir. Yaxın gələcəkdə boya mərkəzinin sahəsini
4 000 kvadratmetrə qədər genişləndirməyi, məhsul çeşidini və təmsil olunan
brendlərin sayını artırmağı planlaşdırırıq”, – deyə Mahir Quliyev qeyd edib.
Divar kağızları istiqamətində də müştərilərə fərdi həllər
təklif olunur. “Megawall” şirkətinin xüsusi çap texnologiyası vasitəsilə
seçilmiş təsvirləri birbaşa divar kağızına tətbiq etmək mümkündür. Bu imkan
interyerlərin fərdi zövqə və dizayn layihələrinin tələblərinə
uyğunlaşdırılmasına şərait yaradır.
Boya mərkəzinin təqdimatı münasibətilə hazırda boya və
divar kağızlarına 50%-dək endirim kampaniyası keçirilir. Kampaniya müştərilərə
təmir üçün zəruri məhsulları daha sərfəli qiymətlərlə əldə etmək imkanı
yaradır. Kampaniyanın şərtləri və müddəti barədə ətraflı məlumatı *6767 nömrəsi
ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Abşeron Ticarət Mərkəzi müştərilərinə tikinti, təmir və
interyer həlləri üzrə geniş məhsul seçimi və rahat alış-veriş imkanları təqdim
etməyə davam edir.