logo
logo logo
logo

Ağdamda gəlin keçmiş qayınanasını dişlədi

14:50 - 30 Oktyabr 2026

Ağdamda gəlin keçmiş qayınanasını dişlədi

Ağdamda qayınanasına xəsarət yetirən qadın saxlanılıb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Baharlı-2 qəsəbəsində qeydə alınıb.

26 yaşlı Bəsti Əsədova (şərti adla) həmin qəsəbədə yaşayan keçmiş qayınanası, 56 yaşlı Şükufə Əhmədovanın (şərti adla) evinə gələrək uşaqlarını görmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Şükufə Bəstini döyərək, yerlə sürüyüb. Bəsti də keçmiş qayınanasının başından vuraraq, sinəsindən dişləyib.

Faktla bağlı hər iki qadın saxlanılaraq, barələrində müvafiq protokol tərtib olunub.

Onların hər ikisi ifadəsində bir-birindən şikayətçi olduqlarını və qarşı tərəfin cəzalandırılmasını istəyiblər.

Məhkəmənin qərarı ilə keçmiş qayınana və gəlinin hər biri 300 manat məbləğində inzibati qaydada cərimələniblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az