“İnsanlarımızı narahat edən məsələlərdən biri də əhaliyə göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır”.
Manset.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bu, xüsusilə bölgələrdə özünü qabarıq göstərir. Kəndlərimizdə olan ilkin tibbi xidmət məntəqələrinin əksəriyyəti yararsız vəziyyətdədir. Kadr sıxıntıları mövcuddur. Əhali arasında ən çox təlafat verən iki patologiyadan biri olan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir”, - komitə sədri qeyd edib.