logo
logo logo
logo

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA 

12:47 - 07 Noyabr 2026

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Yüksək dağlıq ərazilərdə qar yağır. Qar örtüyünün hündürlüyü Qrız və Şahdağda 5 sm-dir.

Düşən yağıntının miqdarı Şahbuzda 9, Biləsuvar, Xızıda 7, Şamaxı, Gədəbəydə 6, Tovuzda 4, Ordubad, Sarıbaş (Qax), Kişçay (Şəki), Qobustan, Quba, Naxçıvan, Kürdəmir, Neftçala, Lerik, Ağstafa, İsmayıllıda 2, Şərur, Sədərək, Daşkəsən, Culfa, Şəmkir, Gəncə, Balakən, Ağsu, Xaçmaz, Qusar, Oğuz, Zaqatala, Şabran, Bərdə, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Lənkəran, Astara, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Kəlbəcər, Laçın, Qubadlıda da arabir yağış yağır.

Noyabrın 6-da Şahdağda şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 20 m/s-dək güclənib.

Ordubad, Daşkəsən, Naftalan, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qusar, Xaltan, Göyçay, Lerik, Şuşada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az