Azerbaijan flag

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək 

10:10 - 11 Noyabr 2026

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək 

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək.


Manset.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstilik enerjisindən istifadə Qaydaları"nda nəzərdə tutulub.

Sənədə əsasən, müəyyən edilmiş bəzi ərazilərdə istilik mövsümü noyabrın 15-dən başlayır, istilik təchizatı 2027-ci il aprelin 15-dək davam edəcək.

"Azəristilik" ASC-nin açıqladığı statistikaya əsasən, ölkə üzrə 3 800 yaşayış binası, 449 təhsil müəssisəsi və 152 səhiyyə obyekti istilik xidməti ilə əhatə olunur.

Bununla yanaşı, 2 500 sosial və təsərrüfat təyinatlı obyektə də istilik təchizatı xidmətləri göstərilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az