logo
logo logo
logo

Polis “Sabah” - “Barselona” oyununa görə gücləndirilmiş rejimdə xidmət aparıb - FOTOLAR

00:46 - 26 Noyabr 2026

Polis “Sabah” - “Barselona” oyununa görə gücləndirilmiş rejimdə xidmət aparıb - FOTOLAR

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçirilən “Sabah” – “Barselona” futbol oyunu ilə əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə gücləndirilmiş rejimdə xidmət aparıblar.


Manset.az xəbər verir ki, oyunun keçirildiyi və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, azarkeşlərin stadiona giriş-çıxışının təşkili, onların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.

Bununla yanaşı, nəqliyyatın hərəkətində fasiləsizliyin təmin olunması, mümkün sıxlığın qarşısının alınması və yol hərəkəti təhlükəsizliyinin qorunması məqsədilə müvafiq istiqamətlərdə əlavə polis naryadları xidmətə cəlb edilib.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları qarşılaşma başa çatana və azarkeşlərin mənzilbaşına çatanadək ictimai asayişin qorunması və təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində xidmətlərini davam etdirəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az