logo
logo logo
logo

Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı 

17:42 - 25 Noyabr 2026

Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı 

Bakının Xəzər rayonunda fərdi yaşayış evindən 2 min manat dəyərində elektrik naqilləri və mis boru oğurlanıb.


Manset.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı E. Eynili saxlanılıb.

Müəyyən edilib ki, E. Eynili gecələr məhəllələri gəzərək, işığı yanmayan evləri seçirmiş. Heç kimin olmadığını bildikdən sonra evə girərək, sata biləcəyi əşyaları götürüb. Sonradan elektrik naqillərini və digər əşyaları satdığı məlum olub.

Saxlanılan şəxsin eyni üsulla rayondakı digər evlərdən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az