logo
logo logo
logo

BDYPİ-dən yuxulayan sürücülərə XƏBƏRDARLIQ

14:15 - 25 Noyabr 2026

BDYPİ-dən yuxulayan sürücülərə XƏBƏRDARLIQ

"Az qala hər gün qeydə alınan toqquşma, aşma, maneə vurma hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərin sayı az deyil".


Manset.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

    Bildirilib ki, iş və istirahət rejiminə əməl etməyən, fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra, xüsusilə günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.

    "Təəssüf ki, bu kimi neqativ hallar ən çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur. Bu isə yekunda ağır və bir çox hallarda bərpası olunmayan itkilərə yol açır, arzuolunmaz nəticələr yaradır.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin, əhval-ruhiyyəniz, səhhətiniz imkan vermədikcə səfərlərə çıxmaqdan çəkinin.

    Uzaq məsafələr qət edərkən mütləq fasilə verin, avtomobilinizi təhlükəsiz yerdə saxlayıb qısa müddətli də olsa istirahət edin. Unutmayın, sükan arxasında yuxulayan sürücü, bir daha oyanmamaq kimi risk daşıyıcısıdır", BDYPİ-dən bildirilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az