logo
logo logo
logo

Bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi keçirildi

17:35 - 25 Noyabr 2026

Bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi keçirildi

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova və qızı Elgünə Novruzovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş dindirilib.

Zərərçəkmiş Ü.Babayeva bildirib ki, təqsirləndirilən Elgünənin kartına 1 200 və 600 manat pul göndərib:

"Mənə qarşı ümumilikdə 369 min manatlıq dələduzluq edilib. Kartına pul göndərəndən sonra dedi ki, səndə əməl var. Daha sonra qızılları əməlləri təmizləmək üçün ona verdim".

Elgünə isə buna cavab olaraq "28 Mall" ticarət mərkəzinin qarşısındakı görüşdə boynundakı boyunbağını ona verdiyini deyib.

Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə götürülüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin əzabvermə maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 14 yaşlı yeniyetmənin valideynləri vəfat ediblər. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.

Günay Novruzovaya qarşı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzabvermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-ci (əzabvermə - işgəncə verməklə törədildikdə) və 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az