Pakistanın Kəraçi şəhərində tikilməkdə olan altımərtəbəli bina çöküb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
Axtarış-xilasetmə qruplarının məlumatına görə, dağıntılar altından indiyədək 10 yaralı çıxarılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Dağıntılar altında qalan digər şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Hadisə baş verən zaman binada yalnız inşaat işçilərinin olduğu bildirilir.