Yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlandı

08:58 - 10 Fevral 2022

Yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlandı

Kürdəmir və Sabirabad rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb.

DİN-dən Manset.az verilən məlumata görə, Kürdəmir rayonu Atakişili kənd sakini M.Əliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Sabirabadda isə eyni əməli rayon sakini N.Adışov törədib.

Faktlarla bağlı araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az