Füzulidə qızını qətlə yetirən ata tutuldu

09:40 - 07 Mart 2022

Füzulidə qızını qətlə yetirən ata tutuldu

Martın 6-sı saat 20 radələrində 1989-cu il təvəllüdlü Ramilə Əsədovanın Füzuli rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

 

Füzuli Rayon Prokurorluğundan Manset.az-a verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Ağarəhim Niftəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramilə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Ağarəhim Niftəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az