İzmirin Menderes rayonu Dereköy kəndində 16 yaşlı A.A.U.-nu bıçaqlayaraq yaralayan 14 yaşlı C.U., məhkəmə nəzarətində azadlığa buraxılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 19 fevral tarixində baş verib.
İddialara görə, A.A.U. ilə dostu C.U. çaxmaqla oynayarkən səbəbi hələlik bilinməyən bir mübahisə yaranıb və bu mübahisə dava ilə nəticələnib. C.U., dostu A.A.U.-nu bıçaqlayıb.
Hadisə yerinə tibb və polis əməkdaşları cəlb edilib. A.A.U., təcili tibbi yardımla Menderes Dövlət Xəstəxanasına aparılıb. C.U. isə saxlanılıb və A.A.U. Dr. Behçet Uz Uşaq Xəstəlikləri və Cərrahiyyə Xəstəxanasına göndərilib. Polis bölməsindəki işləri tamamlanan C.U., məhkəməyə çıxarılıb və məhkəmə tərəfindən məhkəmə nəzarətində azadlığa buraxılıb. A.A.U., isə müalicəsinin ardından evə buraxılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.