"İnstaqram"ın loqosunu istifadə etdi - Həbs olundu

15:52 - 24 Fevral 2026

\"İnstaqram\"ın loqosunu istifadə etdi - Həbs olundu

Rusiyada "Instagram"a məxsus loqotipi istifadə etdiyi səbəbilə bir internet saytının sahibinə həbs cəzası verilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə prosesi Moskva şəhərində keçirilib və "Gulag-Info" adlı internet saytına qarşı açılan davada Rusiyada giriş qadağası olan "Instagram"a məxsus loqotipin saytda yerləşdirilməsinin qanunlara zidd olduğu qərarına gəlinib. Məhkəmə saytın sahibi Denis Soldatova 15 gün həbs cəzası verib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra "Facebook" və "Instagram" ilə yanaşı, "X" və "YouTube" kimi bir çox xarici rəqəmsal platformaya ölkədə giriş məhdudlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az