Elmar Vəliyevin yeni - FOTOSU

10:25 - 16 Mart 2022

Elmar Vəliyevin yeni - FOTOSU

Gəncə hadisələrindən sonra ictimaiyyət arasında görüntülənməyən Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev bu dəfə də fotosu ilə gündəmə gəlib. 

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəkildən göründüyü kimi keçmiş icra başçısının səhhəti qaydasındadır. Nəvəsi ilə çəkdirdiyi fotoda onun bir qədər çəki aldığı da müşahidə olunur.

Xatırladaq ki, 61 yaşlı E.Vəliyev 2011-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olub. 2018-ci il iyulun 3-də özü və mühafizəçisi İcra Hakimiyyətinin binası qarşısında dini təriqət nümayəndəsi Yunis Səfərov tərəfindən güllələnib. Həmin ilin avqustunda vəzifəsindən azad edilib. Yunis Səfərova ömürlük həbs cəzası verilib.

Qeyd edək ki, 2021-ci ilin yayında vəkil Cavad Cavadov bildirmişdi ki, Elmar Vəliyevlə bağlı ekspertiza rəy verib: “Onda sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və məhkəmədə dindirilməsi vəziyyətinin pisləşməsinə səbəb ola bilər”.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az