Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində qeydiyyatda olan 2021-ci il təvəllüdlü M. Sadıqovu maşın vurub.
Azyaşlı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.
Faktla bağlı araşdırma başlanılıb.