Bayram ərəfəsində əhalinin davamlı olaraq vaksinasiyasını təmin etmək üçün peyvənd məntəqələri fəaliyyət göstərəcək.
Səhiyyə Nazirliyindən Manset.az-a verilən məlumata görə, yalnız 20-21 mart tarixlərində peyvənd məntəqələrində qeyri-iş günü olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.