Bayramla əlaqədar avtobusların sayı artırıldı

13:54 - 26 Mart 2022

Bayramla əlaqədar avtobusların sayı artırıldı

Bayram günlərində regionlara səfər edən sərnişinlərin paytaxta rahat geri qayıtmalarını təmin etmək məqsədilə sərnişindaşıma avtobuslarının sayı 3 dəfə artırılıb.

 

Manset.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, martın 17-dən 24-dək ümumilikdə 54 mindən çox sərnişin regionlara daşınıb.

Bayram günlərində biletlər daha çox Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Balakən, Masallı və Lənkəran istiqamətlərinə alınıb.

Gücləndirilmiş iş rejimi martın 27-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az