Məşhur polkovnik vəfat etdi - FOTOLAR

08:10 - 29 Mart 2022

Məşhur polkovnik vəfat etdi - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrin sabiq Baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev vəfat edib.

 

Manset.az cəbər verir ki, o, 56 yaşında Rusiyanın Tver şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, AR Silahlı Qüvvələrin sabiq Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Əlikərim oğlu Babayev on ilə yaxın bu vəzifədə çalışıb. Famil Babayev 2017-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra, Tver Tibb Universitetinin fakültə cərrahiyyə kafedrasının professoru, 2018-ci ildə isə bu kafedranın müdiri vəzifəsində çalışıb. 2021-ci ilin sentyabrdan isə  Universitet Klinikasının fəaliyyətinə nəzarət edən tibb işləri üzrə prorektorun köməkçisi vəzifəsinə təyin edilib. 2019-cu ilin iyun ayından o,  həm də 2021-ci ilin sentyabr ayına kimi 6 saylı Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik edib.

 

qafqazinfo.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az