Oğuz meşəsindəki yanğın söndürüldü - VİDEO

10:11 - 29 Mart 2022

Oğuz meşəsindəki yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə əraziyə cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 1,5 ha sahədə quru ot və kol-kos yanıb, sıx meşəlik ərazi yanğından mühafizə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az