Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 957 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 031, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 475, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14 568, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 883 nəfərdir.